Bölgələr

Qəbələ XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı başa çatıb

11-01-2018 | 12:07        

  

Yerli tamaşaçılarla yanaşı, xarici turistlərə də unudulmaz anlar yaşadan Qəbələ XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı başa çatıb. MDB ölkələrindən olan tanınmış mügənnilərin, yumoristlərin iştirakı ilə keçirilən rəngarəng yarışlar, konsert proqramları böyük marağa səbəb olub.

“Veselo” Yumor və Musiqi Festivalı ötən bir həftə ərzində istirahət etmək üçün MDB və Avropa ölkələrindən Qəbələyə gələn yüzlərlə turist və yerli qonaqlar üçün əsl musiqi və yumor bayramına çevrildi. Ölkəmizin mədəni həyatında və turizm sektorunda vacib hadisələrindən biri olan bu festival zəngin proqramı və tanınmış qonaqları ilə yadda qalıb. Hər axşam Heydər Əliyev Konqres Mərkəzində keçirilən konsertlərdə məşhur musiqiçilərin ifaları təqdim edilib.

Festivalın sonuncu günündə Rusiyanın tanınmış rok ifaçısı Diana Arbeninanın iştirakı ilə “Nocnie Snayperi” qrupunun konserti olub. Heydər Əliyev Konqres Mərkəzində keçirilən konsertdən əvvəl Qəbələnin gözəlliyindən söz açan ifaçı yerli və xarici tamaşaçılar qarşısında çıxışdan qürür duyduğunu bildirib. Vurğulayıb ki, Bakı dünyanın ən gözəl, durmadan çiçəklənən şəhərlərindən biridir. Bakıda “Jara” festivalında iştirak etdiyini deyən tanınmış ifaçı bu festivalın da yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Müğənni yaradıcılığının müxtəlif dövrlərinə aid mahnıları tamaşaçılara təqdim edib. Ecazkar səsi və şux mahnıları ilə zalda şən ovqat yaradan ifaçının çıxışı alqışlarla qarşılanıb. Diana Arbenina  tamaşaçılara təqdim etdiyi repertuarda məşhur və yeni mahnıları ilə də pərəstişkarlarını sevindirib. Anşlaqla keçən konsertdə ifaçı yeni albomundan mahnılar təqdim edib. Əfsanəvi "Snayper" qrupunun çıxışı da maraqla qarşılandı.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.01.2018) :
Buludlu Gecə : +1+3 | Gündüz: +5+7
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.635 | Satış: 1.72

Rubl:
Alış: 0.0274 | Satış: 0.03

Avro:
Alış: 1.787 | Satış: 1.8894
AzTV TƏQDİM EDİR