Siyasət

Bu gün Vyanada ATƏT Daimi Şurasının toplantısı keçiriləcək

11-01-2018 | 09:57        

  

Bu gün Vyanada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Daimi Şurasının toplantısı keçiriləcək. Toplantıda qurumun fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Angelino Alfano təşkilatın 2018-ci ildə fəaliyyətinin prioritetlərini açıqlayacaq. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına sədrlik bu il  yanvarın 1-dən Avstriyadan İtaliyaya keçib. Hazırki sədr bundan əvvəl İtaliyanın təşkilata sədrlik edəcəyi 1 il müddətində münaqişələrin həlli, radikalizm, ekstremizm və terrorizmə qarşı mübarizənin diqqət mərkəzində saxlanılacağını, Avropadakı münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin həlli üçün səylərin davam etdiriləcəyini bəyan edib. Qeyd edək ki, təşkilata sədrlik 1 il olmaqla, rotasiya qaydasında həyata keçirilir.  

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.01.2018) :
Buludlu Gecə : +1+3 | Gündüz: +5+7
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.635 | Satış: 1.72

Rubl:
Alış: 0.0274 | Satış: 0.03

Avro:
Alış: 1.787 | Satış: 1.8894
AzTV TƏQDİM EDİR