Digər

Bakıda “Xəzər 2011” beynəlxalq kinologiya sərgisi keçirilir

15-10-2011 | 17:00        

  

Bakıda Beynəlxalq kinologiya sərgisi keçirilir. 

Bakıda keçirilən “Xəzər 2011” beynəlxalq kinologiya sərgisində 40 cinsdə 130-dan çox it iştirak edir. Sərgi Azərbaycan Kinoloqlar ictimai birliyi tərəfindən təşkil olunub.

Xatırladaq ki,  Azərbaycan    beynəlxalq kinologiya sərgisinə artıq  10 ildir  ev sahibliyi  edir.  Sərgidə  ən yaxşı it  seçilərək beynəlxalq yarışlara göndərilir.

 

Qaydalara uyğun olaraq itlər bu dəfə də iki kateqoriya üzrə, öz sahibinin əmrlərini yerinə yetirməyə görə və qəbul olunmuş cins standartına uyğun qiymətləndirilir. Münsiflər heyətinə gəlincə. Onlar beynəlxalq dərəcəli ekspertlərdi.  Sərginin yekununda münsiflər  Azərbaycan və Dünya çempionunu müəyyən edəcək.  Qalib həmçinin 2011-ci ildə mövsümün ən yaxşı iti titulunu qazanacaq.