Digər

“Əl-Cəzirə” telekanalının internet saytı Azərbaycandakı tolerantlıqdan yazıb

10-01-2018 | 10:36        

  

“Əl-Cəzirə” telekanalının ingilis dilindəki internet saytında Azərbaycanla bağlı növbəti məqalə yerləşdirilib. Yazıda Azərbaycandakı dini tolerantlıqdan, burada İslam dininin yayılması tarixindən, ölkəmizin İslam mədəniyyətinin inkişafına töhfələrindən bəhs olunur. Diqqətə çatdırılır ki, əhalisinin 96 faizini müsəlmanların təşkil etdiyi Azərbaycanda milli-mənəvi dəyərlərə, dinə dövlət tərəfindən qayğı göstərilir. Sovet dövründə ölkəmizdə cəmi 18 məscid olduğu, müstəqilliyin bərpasından sonra isə məscidlərin sayının 2 mini keçdiyi qeyd edilir.