Digər

Fransa portalı Azərbaycanla bağlı silsilə məqalələr yayıb

09-01-2018 | 11:05        

  

“Quba rayonunun Xınalıq və Qırız kəndləri dünyada ən yüksək yaşayış məskənlərindəndir. Burada ilin bütün fəsillərində əsrarəngiz təbiət mənzərələrini görmək mümkündür”. Fransanın “LaCroix” portalında Azərbaycanla bağlı yayılan silsilə məqalələrdə belə deyilir. Yazırlarda müəllif Pola Buaye ölkəmizin əsrarəngiz təbiətindən, qədim tarixi abidələrindən, o cümlədən burada mövcud olan xristian kilsələrindən yazıb. Məqalələrdə, həmçinin Şəki və Qəbələdəki Alban məbədləri barədə məlumat verilir, Şəki xanlarının sarayının nadir memarlıq incilərindən biri olduğu vurğulanır. Müəllif Azərbaycanın məşhur şəbəkə sənətindən də söhbət açaraq bildirir ki, bu qədim sənət Şəkidə hələ də qorunub saxlanılır. Qeyd edilir ki, şəbəkə üslubunda hazırlanan məhsullar dünyanın müxtəlif ölkələrindən sifariş olunur.