Bölgələr

Gəncədə dünya gənclər festivalına start verilib

15-10-2011 | 12:51        

  

 

 

Qədim Gəncədə Dünya Gənclər Festivalına start verilir. Məqsəd, dünyanın müxtəlif ölkələrindən olan gəncləri bir araya gətirərək Azərbaycan mədəniyyətini, adət ənənələrini, zəngin tarixini təbliğ etməkdir.

 “Azərbaycanı tanı” adı altında keçirilən festivala  dünyanın 50-dən çox ölkəsindən 100-ə yaxın   gənc qatılıb.  Dünya gənclər festivalının iştirakçıları Gəncəyə getməzdən əvvəl paytaxt Bakı ilə tanış olublar.  Əcnəbi qonaqlar İçərişəhərin Qoşa qala qapısı meydanında “Selector” müasir musiqi festivalında da iştirak ediblər.  Rəngarəng bədii tərtibatı ilə fərqlənən konsert proqramı Qədim şəhəri müxtəlif musiqi janrlarının qovuşduğu məkana çevirib. DJ-lərin ifasında “Selector şou”, britaniyalı musiqiçilərinin rok musiqisi ilə yanaşı, “İrəli” urban art klubu üzvlərinin ifasında müasir şəhər mədəniyyətini əks etdirən sənət nümunələri nümayiş olunub. Bu gün artıq Azərbaycanın qədim paytaxtı olan Gəncədə Dünya Gənclər Festivalının açılışı olacaq. 5 gün müddətində 3 panel üzrə müxtəlif mövzuların müzakirəsi aparılacaq. Yekunda təsdiq olunacaq Gəncə deklorasiyasına əsasən Dünya Gənclər Festivalı hər 2 ildən bir Azərbaycanın müxtəlif  bölgəsində keçiriləcək. Məqsəd, dünyanın müxtəlif ölkələrindən olan gəncləri bir araya gətirməklə Azərbaycan mədəniyyətini, adət ənənələrini, zəngin tarixini təbliğ etmək və dünyaya sülh və birlik mesajı verməkdən ibarətdir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (28.09.2016) :
Yağış Gecə : +15+17 | Gündüz: +20+22
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5966 | Satış: 1.6944

Rubl:
Alış: 0.0245 | Satış: 0.0265

Avro:
Alış: 1.7862 | Satış: 1.9053
AzTV TƏQDİM EDİR