Xarici xəbərlər

2018-ci il yanvarın 1-də dünya əhalisinin sayı 7 milyard 444 milyona çatacaq

29-12-2017 | 15:05        

  

2018-ci il yanvarın 1-də dünya əhalisinin sayı 7 milyard 444 milyon nəfərə çatacaq. Bu proqnozla ABŞ Siyahıyaalma Bürosunun mütəxəssisləri çıxış ediblər. Onların yaydığı bəyanatda bildirilir ki, gələn il yanvarın 1-də dünya əhalisinin sayı 2017-ci ilin eyni dövrü ilə müqayisədə 78,5 milyon çox olacaq. Əhalinin artımı 1,07% təşkil edəcək. Proqnozlara əsasən gələn ilin ilk ayında hər saniyədə 4-dən çox uşaq dünyaya gələcək. Siyahıyaalma Bürosunun hesablamalarına görə 2050-ci ildə dünya əhalisinin sayı 9 milyarda çatacaq.