Xarici xəbərlər

Sercio Mattarella parlamentin buraxılması ilə bağlı fərman imzalayıb

29-12-2017 | 12:23        

  

İtaliya Prezidenti Sercio Mattarella ölkə parlamentinin buraxılması ilə bağlı fərman imzalayıb. Parlamentin buraxılması texniki xarakter daşıyır. Belə ki, qanunverici orqanın hər iki palatasının çağırış müddəti rəsmi olaraq gələn ilin martında bitməli olsa da, faktiki olaraq, onların mandatı büdcə haqqında qanunun qəbulu ilə başa çatıb. Ölkədə növbəti parlament seçkiləri 2018-ci il martın 4-nə təyin olunub. İtaliyanın baş naziri Paolo Centiloni seçkilərə qədər bu postda qalacağını bəyan edib.  İctimai rəy sorğularına əsasən heç bir partiya parlamentdə çoxluğa sahib ola bilməyəcək. Ən çox dəstəklənən partiyalar arasında birinci yerdə “Beş ulduz hərəkatı”, ikinci yerdə hakim İtaliya Demokratik partiyası gəlir.