Xarici xəbərlər

Ermənistanda kəndlilər hökumətdən narazılıq edirlər

29-12-2017 | 11:55        

  

Ermənistanın Lori bölgəsinin Mqart və Ardvi kəndlərinin sakinləri hökumətdən narazılıq edirlər. Etirazçıların sözlərinə görə, bu yerlərdə uzun illərdir taleyin ümidinə yaşayırlar. Kəndlərdə yalnız səfalət, işsizlik hökm sürür. Sakinlər problemlərinə çarə tapmaqan ötrü hökumətə müraciət ünvanlayıblar. Bildirilir ki,  bu yerlərdə 1000 hektarlarla ərazilər boş qalıb. Əkin işləri aparmaq üçün onlara heç bir dəstək göstərilmir. “Bizə deyirlər ki, siz torpağı şumlayın, istədiyiniz məhsulu yetişdirin köməklik göstərəcəyik. Hökumət bu işlərin belə asan başa gəldiyini anlamır. Torpağı əkmək üçün texnika lazımdır, gübrələr olmalıdır. Kasıb kəndlidə bunlar hardandır” deyə etirazçılar bildiriblər. Onlar Lori bölgəsinə mavi yanacaq verilməsini də tələb edirlər. Meşələrdə daha ağac qalmadığını deyirlər. Etirazçıların sözlərinə görə, bir vaxtlar kənd yaşıllığı ilə göz oxşayırdı. İndi çılpaq dağların ümidinə qalıb. Kəndlərə aparan yollar da bərbaddır. Elə ərazilər var ki, orada su tapmaq da çətindir. Bu qədər porblemi həll etmək əvəzinə isə hökumət Mqart və Ardvidə mədən axtarşıları həyata keçirmək istəyir. Sakinlər isə buna mane olurlar.