Xarici xəbərlər

Kabildə terror aktı nəticəsində onlarla adam həlak olub

28-12-2017 | 14:54        

  

Əfqanıstanın paytaxtı Kabildə terror aktı törədilib. Yerli informasiya agentliyi və mədəniyyət mərkəzinin yaxınlığında terrorçu-intiharçının özünü partlatması nəticəsində azı 40 nəfər ölüb, 30 adam yaralanıb. Terrorçu-intiharçı üzərindəki partlayıcı qurğunu işə salandan sonra ərazidə daha 2 partlayış baş verib. Hücuma görə məsuliyyəti hələ ki, heç bir qruplaşma üzərinə götürməyib.