Xarici xəbərlər

Avropa İttifaqınının Ermənistandakı səfiri Petr Svitalskiy hökuməti fəallara qarşı təziq və təqibləri dayandırmağa çağırıb

28-12-2017 | 10:49        

  

Ermənistanda keçən ilin iyulundan baş verən silahlı qiyamla bağlı həbs olunan 18 nəfərin məhkəməsi ətrafında gərginlik artmaqdadır. Prosesin düzgün aparılmadığını iddia edən qrup üzvlərindən Armen Bilyan 10 gündür aclıq aksiyası keçirir. Avropa İttifaqınının Ermənistandakı səfiri Petr Svitalskiy hökuməti fəallara qarşı təziq və təqibləri  dayandırmağa çağırıb.

Ötən ilin iyulunda İrəvanda baş verən silahlı qiyamla bağlı həbs olunan 18 nəfər onlara qarşı irəli sürülən ittihamları qəbul etmirlər. Qrup üzvlərindən Armen Bilyan 10 gündür aclıq aksiyası keçirir. O, polis əməkdaşı Qaqik Mkrtçyanın ölümündə ittiham olunur. Vəkil Armine Fanyan istintaqın məhkəməyə təqdim etdiyi bu iddiaları absurd adlandırır. Armen Bilyan da ona qarşı sürülən ittihamları qəbul etmir. Məhkəməni ədalətsizlikdə günahlandıran qrup üzvü etirazını aclıq aksiyasına başlamaqla bildirir. Avropa İttifaqınının Ermənistandakı səfiri Petr Svitalskiy də “Sasna Srer” hərəkatı ətrafında baş verənlərə münasibət bildirib. Beynəlxakq qurumun nümayəndəsi rəsmi İrəvanı fəallara qarşı bu cür təziq və təqiblərin dayandırılmağa çağırıb.  Svitalskiy Ermənistan hökümətindən siyası fəal Andreas Quqasyanı da rahat buraxmağı tələb edib. Onun qanunsuz yerə həbs edildiyi bildirir. Amerika Birləşmiş Ştatlarındakı erməni diasporunun rəhbələrindən Ovsel Xurşudyan da Ermənistan hökumətinə qarşı sərt fikirlər səsləndirib. Onun sözlərinə görə Ermənistan Avropa İttifaqı qarşısında insan hüquqlarının qorunmasına dair öhdəlik götürüb. “Biz isə nə görürük? İnsan azadlığının məhdudlaşdırılması, addımbaşı pozulan hüquqlar. Hökümət onun tərəfində olmayan  hər kəsə qarşı qəddar mövqedədir. Bu da nəticəsi. Bir il əvvəl Ermənistanın cinayətkar rejimdən qurtulması üçün çalışanların hamısı həbsdədir”- deyə Xurşudyan bildirib. O, Quqasyanın  Sasna Srerlə heç bir əlaqəsinin olamdığını da qeyd edib. Hüquq müdafiəçiləri də məhkəmə prosesinin gedişindən narazıdırlar.  Bildirilir ki, 2016-cı ilin iyulunda  baş verən hadisələr Ermənistanda sadə vətəndaşlar hakimiyyəti dəstəkləmədiyini göstərdi. Onlar silahlı hücumu özlərinin qurtuluşu kimi görürdülər. Ona görə də Ermənistan prokuroluğu hər vəchlə Sasna Srer üzvlərinin işini ağırlaşdırmağa çalışır.