Siyasət

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Kiyevdə qeyd edilib

28-12-2017 | 10:38        

  

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Kiyevdə bayram tədbiri keçirilib.  

Ukraynada 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunan təntənəli mərasim dövlət himnlərinin səsləndirilməsi ilə başladı. Sonra prezident  İlham Əliyevin həmrəylik günü və yeni il münasibəti ilə dünya azərbaycanlılarına ünvanladığı təbriki oxundu. Həmrəylik gününün müxtəlif ölkələrində yaşayan soydaşlarımızın ən sevimli bayramına çevrildiyini bildirən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri  Rövşən Tağıyev  dünya azərbaycanlılarının vahid dövlətçilik məfkurəsi ətrafında birləşməsində  ulu öndər Heydər Əliyevin  tarixi xidmətlərindən bəhs edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən qlobal, sosial-iqtisadi islahatlardan söz açıldı. Ukraynanın sabiq prezidenti Viktor Yuşenko, Ukraynanı Ali Radasının deputatı Leonid Kojara, Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Elman Bağırov  və digərləri dost Azərbaycan və Ukrayna xalqlarına sülh və əmin-amanlıq arzuladılar.

Viktor Yuşenko – Ukraynanın sabiq prezidenti:

- Mən dost və qardaş Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edirəm. Həmrəylik - birlik, ruh və güc deməkdir. Bu mənada, böyük dövlət xadimi Heydər Əliyev Azərbaycanın dövlət quruculuğu strategiyasını milli birlik və həmrəylik ideologiyası üzərəndə qurmaqla, xalqınızın və ölkənizin müstəqillik amalını əbədiyyətə qovuşdura bildi. Dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox Azərbaycanlı ulu öndərinizin  həmrəylik və birlik ideologiyası ətrafında birləşərək tarixi vətənlərinə sədaqətlərini nümayiş etdirirlər. Azərbaycan bu gün böyük inkişaf yolunu keçərək  bölgənin lider dövlətinə çevrilib. Fürsətdən istifadə edib bir daha qardaş Azərbaycan xalqını ölkənizin əldə etdiyi bütün nailiyyətlər münasibəti ilə  təbrik edirəm. Ölkənizə sülh və əminamanlıq arzulayıram.

Leonid Kojara – Ukraynanın Ali Radasının deputatı:

Azərbaycan xalqını qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edirəm. O ölkə, o ailə, o cəmiyyət xoşbəxtdir ki, onun bünövrəsini birlik və həmrəylik təşkil edir. Azərbaycan xalqı mənim üçün elə bir xalqdır ki, harada yaşamalarından asılı olmayaraq dövləti, vətəni naminə birlik və həmrəylik nümayiş etdirirlər. Sevinirəm ki, Ukraynada yaşayan azərbaycanlılar da ölkəmizin dövlət qruculuğu işlərində yaxından iştirak edirlər. Müstəqil Azərbaycan böyük inkişaf və tərəqqi tarixini yaşayır. Mən Azərbaydanda olarkən paytaxtınızda olan yeniliklərə həsəd apardım. Bakı istər qədim tarixinə, istərsə də müasirliyinə görə dünyanın ən gözəl şəhərlərindəndir.

Mərasimdə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin 2017-ci ilin yekunlarına dair hesabatı da dinlənildi. Konfransda  qurumun cari ildə həyata keçirdiyi tədbirlər və Odessa Azərbaycanlıları Konqresi tərəfindən təqdim edilən yeni fəaliyyət proqramı müzakirə olundu. Sonda Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Konqresin  bir sıra vilayət təşkilatlarının rəhbərlərinə fəxri fərmanlar verildi. Tədbir konsert proqramı ilə davam etdi.  

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (27.04.2018) :
Aydın Gecə : +9 +11 | Gündüz: +21 +23
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0253 | Satış: 0.0269

Avro:
Alış: 2.044 | Satış: 2.1174
AzTV TƏQDİM EDİR