Cəmiyyət

BDU-da Gənc İstedadlar Liseyinin 10 illik yubileyi qeyd olunub

27-12-2017 | 15:54        

  

Təhsilin inkişafında ən vacib məsələlərdən biri də istedadlı uşaqarı aşkarlamaq və onlara dəstək olmaqdır. Elə BDU-da Gənc İstedadlar Liseyinin 10 illik yubileyində də təhsil ocağının məhz bu məqsədlə yarandığı bildirilib.

Təhsil sistemində həyata keçirlən irimiqyaslı islahatlar çərçivəsində gənc istedadları aşkar etmək, onların inkişafına şərait yaratmaq prioritet məsələlərdən biridir. Hazırda 10 illik yubileyi qeyd edilən BDU nəznindəki Gənc İstedadlar Liseyi də elə bu məqsədlə yaradılıb. Universitetin rektoru Abel Məhərrəmov hesab edir ki, ölkədə dərin biliyə, yüksək mənəvi keyfiyyətlərə malik olan minlələ vətənpərvər gəncin yetişməsində ali və orta təhsil ocaqlarının xüsusi rolu var. Liseyin direktoru Qasım Hüseynov indiyə qədər təhsil ocağının 9 buraxılışı olduğunu, 330 məzundan 84-nün qəbul imtahanlarında 600-dən artıq bal topladığını dedi.  Məzunların 60-nın BDU-da, 30-nun Kanadanın Toronto və Vaterloo, Rusiyanın və Türkiyənin nüfuzlu universitetlərində təhsil aldıqları bildirildi.  Məzunlar arasında Prezident təqaüdünə layiq görülənlər də var. “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva da təhsil sahəsindəki uğurlardan danışdı. Tədbir çərçivəsində Gənc İstedadlar liseyi ilə 6 saylı məktəb-lisey arasında əməkdaşlığa dair saziş imzalandı. Gənc İstedadlar Liseyinin 10 illiyinə həsr olunan foto-sərgi nümayiş etdirildi. Tədbirin sonunda isə şagirdlərin ifasında konsert proqramı təqdim olundu.