Bölgələr

Mingəçevirli gənclər 2017-ci ili bir çox uğurlarla başa vururlar

27-12-2017 | 13:13        

  

Mingəçevirli gənclər 2017-ci ildə təhsildə, idmanda, şəhərin ictimai-siyasi həyatının müxtəlif sahələrində bir sıra uğurlar əldə ediblər. Bu uğurların qazanılmasında Gənclər Evinin yaratdığı imkanlar da mühüm rol oynayır. Bu barədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Gənclər Evində təşkil etdikləri bayram şənliyində də məlumat verilib.

Mingəçevirdə gənclərin həvəslə üz tutduqları bir məkan var: Gənclər Evi. Səbəb isə burada hər kəsin bacarığına və zövqünə uyğun olaraq, müxtəlif profilli dərnəklərdə, kurslarda, yaradıcılıq proseslərində, idman yarışlarında, intellektual oyunlarda iştirak etmək imkanıdır. Yəni yeniyetmə və gənclər beləcə həm bilik və bacarıqlarını artırır, həm asudə vaxtlarını səmərəli təşkil edir, həm də kreaktiv düşüncə tərzlərini formalaşdırırlar. Gənclər evində mütamadı olaraq yerli və regional əhəmiyyəti layihələr icra olunur, təlim kursları və bilik yarışları keçirilir. Elə başa çatmaqda olan il ərzində “intellekt akademiyası”, ”Regionlarda sosial problemlərin həllində  könüllülük işinin gücləndirilməsi”, ”Aztəminatlı ailələrə uşaq hüquqları ilə bağlı xidmət” və digər layihələr uğurla icra olunub.

“Sağlam bədəndə sağlam ruh olur” – deyərək, əzmlə məşq edən mingəçevirli idmançılar da 2017-ci ili uğurlu sayırlar. Onlar Kür Olimpiya Təlim-Tədris Mərkəzinin, şəhər stadionunun zəngin maddi-texniki bazasından yararlanaraq, ölkədaxili və beynəlxalq turnirlərdə müxtəlif əyarlı medallar qazanıblar. Bu da onlardan biri...

Beləcə, mingəçevirli gənclər yeni ili üzü ağ, alnı açıq qarşılayırlar. Elə bayram şənliyində də müvəffəqiyyətdən doğan sevinc hissi qəlblərə hakim oldu. Gələcəkdə daha böyük uğurlara imza atmaq üçün...