Siyasət

Tbilisidə Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin 25 illiyi qeyd olunub

27-12-2017 | 11:50        

  

Azərbaycanla Gürcüstan arasındakı əlaqələr dostluğa, mehriban qonşuluğa və qarşılıqlı anlaşmaya əsaslanır. Həyata keçrilən birgə layihələr regional inkişafda və dövlətlərimizin dünyada mövqelərinin möhkəmlənməsində xüsusi rol oynayır. Tbilisidə Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin 25 illiyinə həsr olunan tədbirdə Gürcüstan Baş nazirinin müavini, Xarici İşlər naziri Mixeil Canelidze belə deyib.

Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin 25 illiyinə və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan tədbirdə əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirildi. Azərbaycannın Gürcüstandakı səfiri Dursun Həsənov ölkələrimiz arasındakı qədim dostluq əlaqələrindən danışdı. Bildirdi ki, Azərbaycan və Gürcüstan etibarlı strateji tərəfdaşlardır. Ümummilli lider Heydər Əliyev hər zaman Azərbaycanın Gürcüstanla əlaqələrinin bütün sahələr üzrə inkişafına xüsusi əhəmiyyət verib. Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət sayəsində Gürcüstanla münasibətlərimiz yeni müstəvidə inkişaf edir. Gürcüstan Baş nazirinin müavini, Xarici İşlər naziri Mixeil Canelidze qeyd etdi ki, ölkələrimiz arasındakı əlaqələr dostluğa, mehriban qonşuluğa və qarşılıqlı anlaşmaya əsaslanır. Mixeil Canelidze Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrinin regional inkişaf və dövlətlərimizin dünyada mövqelərinin möhkəmlənməsindəki rolundan danışdı. Bütün sahələr üzrə əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulandı.

Tədbir konsert proqramı ilə davam etdi. Milli müsiqilərimiz və dünya klassiklərinin əsərləri səsləndirildi. Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin çıxışı maraqla qarşılandı.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.12.2018) :
Yağış Gecə : +3+5 | Gündüz: +5+7
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR