Cəmiyyət

Azərbaycanda adambaşına düşən gəlir artıb

27-12-2017 | 11:48        

  

Azərbaycan adambaşına düşən gəlir baxımından dünyada yüksək orta gəlirli ölkələr qrupunda qərarlaşıb. Beynəxalq ekspertlər hesab edirlər ki, ölkədə yaradılan yeni iş yerləri gələcək illərdə bu göstəricinin daha da yüksəlməsinə geniş imkanlar yaradacaq.

2016-cı ildə Azərbaycanda adambaşına düşən ÜDM 3926 ABŞ dolları təşkil edib və Azərbaycan dünyada yüksək orta gəlirli ölkələr qrupunda qərarlaşıb. Son illər qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər kənd təsərrüfatının, emal sənayesinin və turizm sahəsinin ÜDM-dəki xüsusi çəkisinin artması prosesinə geniş imkanlar yaradıb. Bu da öz növbəsində ölkədə orta aylıq əmək haqqının artırlmasına, yeni iş yerlərinin yaradılmasına, əhalinin sosial rifah halının yaxşılaşdılrmasına müsbət təsir göstərib. Ötən illərdə ölkədə məşğulluq siyasətinin modelini keçid dövrünün xüsusiyyətləri və demoqrafik vəziyyət də müəyyən edilib. Bu əsasda 2003-2017-ci illərdə ölkədə 74 faizi və ya 1,4 milyonu daimi olan 1,9 milyon yeni iş yeri açılıb. “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində müəyyən edilən hədəf indikatorlarına uyğun olaraq, 2025-ci ilə qədər əlavə olaraq 450 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.Bununla yanaşı orta təhsil müddətinin başa çatması və bundan sonra müəyyən vaxt lazım olması amilləri nəzərə alınmaqla əmək bazarına faktiki daxil olma yaşını 18 yaş həddində götürmək hesabı ilə şərti müqayisə apardıqda, 2017-2025-ci illərdə əmək bazarına daxil olacaq müvafiq olaraq 1999-2007-ci illərdə anadan olanların orta hesabla illik sayı 125,2 min nəfər təşkil edir.   Hər il əmək bazarına ilk dəfə işaxtaran kimi daxil olan gənc yaşda əhalinin sayının çox olması və qarşıdakı illərdə gənclərin məşğulluğunun təmin edilməsi məqsədilə dövlət tərəfindən ayrı-ayrı inkişaf mərhələləri üçün müəyyən edilən hədəf strategiyalara uyğun olaraq yeni məşğulluq modelinin tətbiqi də nəzərdə tutulur.