Cəmiyyət

Ölkəyə gələn xarici turistlərin sayı artıb

27-12-2017 | 11:40        

  

Bu il ölkəmizə gələn xarici turistlərin sayı artıb. Son on bir ay ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 20 faiz artaraq, 2 milyon 477 min 908 nəfər olub.  Azərbaycandan xaricə gedənlərlə ölkəmizə gələnlər arasında bu il ilk dəfə müsbət saldo qeydə alınıb. Yeri gəlmişkən, “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, paytatxt və regionların 2018-ci il üçün turizm təqvimi də hazırlanıb. Turizm təqvimində il ərzində ölkəmizdə təşkil olunacaq festival, sərgi, konsert, idman və digər tədbirlərlə bağlı məlumatlar yer alıb. Təqvimin mütəmadi olaraq yenilənməsi də nəzarətdə saxlanılacaq. Gələcəkdə tədbirlərə biletlərin onlayn satışını həyata keçirən qurumların veb-səhifələrinə inteqrasiya da nəzərdə tutulub.