Bölgələr

Qəbələdə Heydər Əliyev Mərkəzinin bu il ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş tədbir

27-12-2017 | 09:18        

  

Qəbələdə Heydər Əliyev Mərkəzinin bu il ərzində  fəaliyyətinin yekunlarına həsr olunan tədbir keçirilib. Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Mədəniyyət və Turizm Nazirliyinin Regional şöbəsinin müdiri Pərviz İsgəndərli və digərləri ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən danışıblar. Bildirilib ki, əvvəllər Muzey kimi fəaliyyət göstərən mərkəz, ulu öndərin zəngin irsinin, həyat və yaradıcılığının öyrənilməsi və təşviqi məqsədilə yaradılıb. 2012-ci ildən etibarən isə muzeyə mərkəz statusu verilib və fəaliyyəti daha da genişlənib. Müxtəlif dərnəklər, dil kursları, rəsm və musiqi dərsləri eyni zamanda kitabxanalar yaradılıb. Sonda mədəniyyət və turizmin təbliğində xidmətlərinə görə bir qrup mərkəz işçilərinə diplomlar təqdim edilib. Bədii hissəiştirakçılar tərəfindən maraqla qarşılanıb.