Cəmiyyət

Vergilər Nazirliyi uşaqlar üçün bayram şənliyi təşkil edib

26-12-2017 | 16:20        

  

Vergilər Nazirliyi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə valideyn himayəsindən məhrum uşaqlar, eləcə də tədris ilində yüksək nəticələr əldə edən məktəblilər üçün Akademik Milli Dram Teatrında bayram şənliyi təşkil edib. “Rəqs edən pinqvinlər” tamaşası  maraqlı dekorasiyası və obrazları ilə uşaqları əyləndirib. Yaradıcı heyətin böyük ruh yüksəkliyi, aktyorların peşəkar ifaları, eləcə də geyimlər məktəblilərin alqışları ilə qarşılanıb. İnteraktiv tərzdə qurulan tamaşada məktəblilər özlərini səhnədə baş verən hadisələrin iştirakçısı kimi hiss etməklə yanaşı, nağıl qəhrəmanları ilə ünsiyyət də qura biliblər. Sonda tədbirə dəvət olunan uşaqlara  bayram hədiyyələri verilib. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.12.2018) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR