Cəmiyyət

Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejiminə keçib

26-12-2017 | 13:32        

  

Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ilə əlaqədar iş qrafikində dəyişiklik edib.

Kompleksdən bildirilib ki, dekabrın 25-dən yanvarın 4-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində yarana biləcək sərnişin axınının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir.

Qeyd edilib ki, hazırda gün ərzində 300-350 nəqliyyat vasitəsilə təxminən 8,5-9 min sərnişin yola salınırsa, bayram ərəfəsində 650-700-dən yuxarı reyslə 16-17 mindən çox sərnişin daşınması nəzərdə tutulur.