Bölgələr

Regionlarda məhsuldarlıq artır

26-12-2017 | 12:35        

  

Qax rayonunda kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülük yenidən inkişaf etdirilir. Bu ilki nəticələr də bunu göstərir. Tütün sahələrindən ötən ilkindən 487 ton çox-810 ton quru tütün istehsal edilib. Bu o deməkdir ki, tütün istehsalı az qala iki dəfə artıb. Gəlirli və ixrac potensialı yüksək sahələrdən olan tütünçülüyün inkişafına dövlətin dəstək verməsi, subsidiyaların ayrılması, güzəştli kreditlərin ayrılması fermerlərin tütünçülüyə marağını xeyli artırıb. Bu il Qax rayonunda tütün əkini sahələri ötən illə müqayisədə 275 hektar artırılaraq 605,8 hektara çatdırılıb. Əkin sahələrinin 582,3 hektarına “Virciniya”, 8,5 hektarına “Berley”, 15 hektarına isə yerli tütün sortları əkilib. Mövsüm ərzində fermerlər “Azərtütün” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə 6 min 573 ton yaşıl tütün kütləsi təhvil veriblər.

Kürdəmirdə baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə son vaxtlar 67 min 500 tut tingi əkilib. Əkilən tinglərin 53 min 500-ü Çindən gətirilib. Rayon ərazisində isə ümumilikdə 95 min tut tinginin əkilməsi nəzərdə tutulub. Əkilən ağacların məhsuldarlığı 3-4 ildən sonra 50-60 faizə çatacağı proqnazlaşdırılır.

Bu il Daşkəsəndə 2503 hektar ərazidə əkin aparıb. Həmin sahələrin 1308 hektarında kartof əkilib və 13 min 87 ton məhsul götürülüb. Bundan əlavə, əkin sahələrinin 104 hektarında tərəvəz becərilib və 1448 ton məhsul toplanıb. Dənli və dənli paxlalıların əkini isə 840 hektar sahədə aparılıb. Həmin sahələrdən 1743 ton məhsul yığılıb. Cəmi 4 hektar sahədə qarğıdalı əkilib ki, ondan da 15,2 ton məhsul alınıb. Rayonda meyvəçilik də inkişaf etdirilir. Bu il bağlardan 630,6 ton meyvə yığılıb.

Kartofçuluq Cəlilabadda da kənd təsərrüfatının əsas sahələrindən biridir. Son illədə burada açıq sahələrdən əlavə, istixana şəraitində də kartof becərilir. Bu isə rayondan ilboyu bazarlara kartof çıxarmağa imkan verir. Artıq  istixanalarda kartof əkininə başlanılıb. Təsərrüfatçılar bildirirlər ki, istixana şəraitində kartofun vegetasiya müddəti açıq sahələrlə müqayisədə iki həftə tez baş verir. Eyni zamanda, tez yetişən kartofun alış qiyməti də yüksək olur. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (26.09.2018) :
Aydın Gecə : +19+21 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR