Xarici xəbərlər

“BBC”: “Belfastda İslam mərkəzinə qarşı vandalizm aktı törədilib”

26-12-2017 | 12:01        

  

Şimali İrlandiyanın paytaxtı Belfastda İslam mərkəzinə qarşı vandalizm aktı törədilib. “BBC”nin məlumatına görə naməlum şəxslər mərkəzin poçt qutusuna donuz əti atıblar. Hüquq-mühafizə orqanları hadisənin nifrət zəminində törədildiyini bildiriblər. Şəhərin müsəlman icması hesab edir ki, bu addım gərginliyi artırmaq məqsədi daşıyır. Vandalizm aktını törədənlərin axtarışları davam edir. Xatırladaq ki, bu ilin avqustunda analoji hadisə Şimali İrlandiyanın Nyutaunards şəhərində baş vermişdi. Naməlum şəxslər İslam mərkəzinin girişinə donuz başı atmışdılar.