Xarici xəbərlər

Ermənistanda 2018-ci ildə maaş və pensiyalar artmayacaq

26-12-2017 | 11:06        

  

Ermənistanda gələn ilin dövlət büdcəsində təqaüd, müavinət və ya əmək haqqının artırılması nəzərdə tutulmur. Bu da vətəndaşların haqlı narazılığına səbəb olub. Təqaüdçülər deyirlər ki, ölkədə vəziyyət onsuz da ağırdır. Gənclər Ermənistanı tərk edib xaricə getməyə üstünlük verirlər. Ölkə yaşlıların ümüdünə qalıb. Onların isə qayğıları ilə maraqlanan yoxdur. İqtisadçı Qaqik Makaryanın sözlərinə görə vətəndaşların etirazları gözləniləndir. Çünki, ölkədə əmək haqarı və təaüdlər ilədən-ilə artan kommunal xidmətlər və ərzaq məhsullarına adekvat deyil. Yaxın bir ildə də Ermənistanda təqaüd və maaşlar deyil, vergilər və malların qiyməti artacaq. Hökumət 2018-ci ildə növbəti inflyasiya dalğasını da proqnozlaşdırır. Deməli ölkədə hökm sürən ağır sosial-iqtisadi vəziyyət bir qədər də dərinləşəcək. Maliyyə naziri Vardan Aramyan isə təqaüd və maaşlarda artımın olmamasını büdcədə vəsait çatışmazlığı ilə əlaqələndirir. Hökümət nümayəndələrinin bədbin açıqlamaları təqaüdçülərin etirazına səbə olub. Vətəndaşları bir sual maraqlandır. Ölkə əhalisi  ildən-ilə geriləyən büdcədən nə vaxta kimi əziyyət çəkəcək? Etirazçılar deyirlər ki, onlar Ermənistanda yaxşı gələcəkdən məhrumdurlar və ömürlərini səfalət içində başa vuracaqlar.  

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (27.04.2018) :
Aydın Gecə : +9 +11 | Gündüz: +21 +23
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0253 | Satış: 0.0269

Avro:
Alış: 2.044 | Satış: 2.1174
AzTV TƏQDİM EDİR