İqtisadiyyat

Yeni il ərəfəsində paytaxt Bakı turistlərin ən çox istirahət eədəcyi şəhər seçilib

26-12-2017 | 11:00        

  

Azərbaycanın paytaxtı Bakı şəhəri MDB dövlətləri arasında Yeni il bayramı ərəfəsində rus turistləri üçün ən çox istirahət edəcəyi şəhərlər sırasındadır. Rusiyanın Tvil.ru şirkətinin açıqladığı reytinqinə görə, 2017-ci il dekabrın 30-dan və 2018-ci il yanvarın 8-ə qədər olan müddətdə rus turistlərin səfər edəcəkləri şəhərlər sırasında ilk yerləri Bakı şəhəri və Belarusun paytaxtı Minsk digər yerləri isə Qazaxıstanın Almatı və Gürcüstanın paytaxtı Tbilisi şəhərləri tutur. Ümumilikdə isə il ərzində Azərbaycana Rusiya ilə yanaşı qonşu dövlətlərdən eləcə də Avropa və Amerikadan xeyli sayda turist gəlib. Ekspertlər fikrincə turistlər istirahət məknalrını seçərkən ən çox ölkənin iqtisadi inkişafı ilə yanaşı həm də təhlükəsizliyini diqqətə alırlar. Azərbaycan isə bu baxımdan ən təhlükəsiz ölkə hesab edilir. Yeri gəlmişkən, Azərbaycan hava yollarında da turstlərin artımı baxımından daşınmaların həcmidə çoxalıb. Belə ki, 2017-ci ilin yanvar-noyabr aylarında hava nəqliyyatı ilə 2 milyon 183 min və ya ötən ilin müvafiq dövrünə nisbətən 18,9 faiz çox sərnişin daşınıb. Daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz artaraq 153 min tona çatıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.12.2018) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR