Siyasət

AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb

26-12-2017 | 10:58        

  

Avropa Şurası Parlament Assambleyasının 2018-ci ildə keçiriləcək qış sessiyasının gündəliyi açıqlanıb. Yanvarın 22-dən 26-dək Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasının sessiyasında əvvəlcə qurumun prezidenti seçiləcək. Sessiyada insan haqları üzrə yeni komissar və Avropa İnsan Haqları Məhkəməsinə hakim seçkisi də keçiriləcək. Toplantıda Avropa Şurasının baş katibi çıxış edəcək və insan hüquqları üzrə komissar 2017-ci ildə fəaliyyətinə dair hesabatını təqdim edəcək. İclasda Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə tənzimlənməsi prosesi, Avropada artan antisemitzm, İslamofobiya və ksenofobiya ilə mübarizədə Avropa Şurasının və digər əlaqədar qurumların rolu məsələlərinə dair müzakirələr aparılacaq. Sessiyada Azərbaycanın qurumdakı daimi nümayəndə heyətinin üzvü “İşgəncə və ölüm cəzası üçün istifadə olunan malların ticarətinə qarşı beynəlxalq qaydaların gücləndirilməsi” mövzusunda məruzə ilə çıxış edəcək.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0255 | Satış: 0.0271

Avro:
Alış: 1.9825 | Satış: 2.0424
AzTV TƏQDİM EDİR