Cəmiyyət

Özünüməşğulluq proqramın icrası davam edir

26-12-2017 | 09:55        

  

Dövlət başçısının sərəncamına uyğun olaraq bölgələrdə sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması məqsədilə həyata keçirilən özünüməşğulluq proqramının icrası davam edir. Sözügedən proqram çərçivəsində artıq 1400-ə yaxın aztəminatı ailəyə aktivlər verilməklə onların müxtəlif iqtisadi fəaliyyət növləri üzrə təsərrüfatlarını yaratmalarına, gəlirlərini artıraraq yoxsulluqdan sahibkarlığa çıxış imkanı əldə etmələrinə şərait yaradılıb. Verilmiş aktivlər hesabına yaradılan təsərrüfatların 84 faizi kənd təsərrüfatı qalan hissəsi xidmət və istehsal sahələrini əhatə edir. Bununla yanaşı Cari ildə məzun və tələbələr üçün “Karyerada ilk addım” devizi altında 10 ali təhsil ocağında təşkil edilən aktiv məşğulluq tədbirlərində 570 müəssisə üzrə 2,9 mindən çox vakant iş yeri təqdim edilib.