Bölgələr

Arxangels vilayətinin nümayəndə heyəti İmişlidə istehsal müəssisələri ilə tanış olublar

26-12-2017 | 09:09        

  

Rusiyanın Arxangelsk vilayətinin strateji planlaşdırma və investisiya siyasəti üzrə qubernatorunun birinci müavini Viktor İkonnikovun başçılıq etdiyi nümayəndə heyəti İmişliyə səfər edib. Qonaqlar istehsal müəssisələrində olub, rayona investisiya yatırılması imkanlarını araşdırıblar. 

İmişli rayonunda xarici investisiyaların yatırılması üçün hər cür şərait var. Bu fikri İmişli Rayon İcra hakimiyyətinin başçısı Vilyam Hacıyev Arxangelsk vilayətinin Strateji planlaşdırma və İnvestisiya Siyasəti üzrə qubernator müavini Viktor İkonnikovun başçılıq etdiyi nümayəndə heyəti ilə rayonda olan görüşdə səsləndirdi. İcra hakimiyyəti başçısı keçən il İmişlinin nümayəndə heyətinin Arxangelsk vilayətində olduğunu və dostluq əlaqələrinin qurulduğunu nəzərə çatdıraraq xüsusən kənd təsərrüfatı məhsulları istehsalında qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə ehtiyac olduğunu bildirdi.

Arxangelsk vilayətinin qubernator müavini  Viktor İkonnikov isə iki ölkə arasında olan dostluq, əməkdaşlıq əlaqələrindən danışıb, iqtisadi  və ticarət əlaqələrinin qurulmasının zəruriliyini nəzərə çadırıb. Sonra  nümayəndə heyəti Şəkər zavodu, Pambıq emalı zavodu, istixana kompleksi ilə tanış oldular.

Əlaqələrin qurulmasında Arxangelsk vilayətində fəaliyyət göstərən Azərbaycan diasporu da maraqlıdır.

Rusiyalı qonaqlar İmişlidə 5 saylı Texniki Fənlər Təmayüllü Məktəb  litseyində də olub, rus bölməsinin müəllim və şagirdləri ilə görüşdülər. Azərbaycanda rus dilinin tədrisindən məmnun qalan numayəndə heyəti bu təhsil sahəsində də əməkdaşlığın ümkün olduğunu bildirdilər.