Cəmiyyət

Prezident yanında Gənclər Fondunun nümayəndələri “N”saylı hərbi hissədə əsəgrlərimizlə görüşüblər

26-12-2017 | 09:02        

  

Prezident yanında Gənclər Fondu Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində şəxsi heyyətlə görüş keçirib. Qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı fondun nümayəndələri, əsgər və zabitlərlə birgə qeyd olunub.

Bir millətin yaşaması üçün onun vətənpərvər gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə aparılan işlər Azərbaycan gəncliyinin inkişafına təkan verməkdədir.  Bu fikirlər Prezident yanında Gənclər Fondunun “N” saylı hərbi hissədə keçirdiyi  görüşdə səsləndirildi. Rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışan Fərhad Hacıyev gündən günə qüdrətlənən ordumuzun hər birimizdə yaratdığı qürür və fəxr hisslərindən söz açdı. Əsgər və zabitləri qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni il bayramı münasibətilə təbrik etdi.

Milli Ordunun əsgərləri bayram ərəfəsində yaşadıqları hisslərin onların vətənpərvərlik əzmini daha da artırdığını,vətənin müdafiəsinə hər an hazır olduqlarını fəxrlə ifadə etdilər.

Görüşdə incəsənət ustalarının rəngarəng çıxışları maraqla qarşılanıb. Prezident yanında Gənclər Fondunun nümayəndələrinin bayram ərəfəsi tədbirləri Qubada yerləşən xüsusi internat Məktəbində  davam edib.