Xarici xəbərlər

“CNN”: “Pensilvaniya ştatında polis əməkdaşlarına qarşı törədilən hücumlar terror aktı kimi qiymətləndirilir”

25-12-2017 | 13:49        

  

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Pensilvaniya ştatında polis əməkdaşlarına qarşı törədilən hücumları terror aktı kimi qiymətləndirib.

“CNN”-in məlumatına görə dekabrın 22-də ABŞ-a Misirdən gəlmiş 51 yaşlı Əhməd Əl-Mofti adlı şəxs Harrisberq şəhərində 2 polis əməkdaşına bir neçə dəfə atəş açıb. Hadisə nəticəsində 1 asayiş keşikçisi yaralanıb.  

Əhməd Əl-Mofti polis tərəfindən zərərsizləşdirilib. Prokuror Ed Marsikonun sözlərinə görə hücumu törədən şəxsin hədəfi məhz polis əməkdaşları olub.