Cəmiyyət

5 nömrəli Xüsusi İnternat Məktəbində bayram tədbiri təşkil olunub

25-12-2017 | 13:45        

  

Heydər Əliyev Fondunun təşəbüssü ilə Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbində qarşıdan gələn Yeni il bayramı münasibəti ilə şənlik təşkil olunub.

Heydər Əliyev Fondunun təşəbüssü və Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram tədbirində Fondun nümayəndələri, rayon rəhbərliyi, təhsil müəssisənin müəllim və şagirdləri, valdeynlər iştirak etdilər. Tədbirdə Prezident İlham Əliyev və Heydər Əliyev Fonudun prezidenti Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısında, ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələrdən danışıldı. Vurğulandı ki, əlilliyi olan vətəndaşlara, xüsusilə də bu kateqoriyadan olan uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər bir üzvünün borcudu. Qeyd edildi  ki, uşaqların böyük dostu və himayədarı - Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva - Nərimanov rayonunda da böyüməkdə olan nəslin yüksək səviyyəli təhsil alması, dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, layiqli vətəndaş kimi formalaşması üçün davamlı layihələr həyata keçirir. Heydər Əliyev Fondunun “Uşaq evlərinin və internat məktəblərinin inkişafı” proqramına əsasən rayonda xeyli işlər görülüb. Tədbirdə Fond tərəfindən  əsaslı təmir edilən Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbində yaradılan şəraitdən danışıldı. Vurğulandı ki, burada uşaqların hərtərəfli təhsil almaları üçün Heydər Əliyev  Fondu  hər cür şərait yaradıb. Təşkil olunan şənlikdə uşaqların ifasında mahnı, şeir parçaları səsləndirildi, rəqs və səhnəciklər göstərildi. Şaxta Baba və nağıl qəhrəmanları uşaqları əyləndirdilər. İştirakçılara Heydər Əliyev Fondunun Bayram hədiyyələri təqdim olundu. Tədbir tanınmış incəsənət ustalarının konserti ilə davam etdi.