Xarici xəbərlər

Ermənistanda tələbələrin etirazları davam edir

25-12-2017 | 11:25        

  

İrəvan Dövlət Universitetində aclıq aksiyası keçirən 5 gənc  həkim nəzarətinə götürülüb. Onlardan Yuri Avakyanın vəziyyətinin daha ağır olduğu bildirilir. Orqanizmi aclığa tab gətirməyən gəncin tibb məntəqəsində müayinədən sonra pnevmaniya olduğu üzə çıxıb. Buna baxmayaraq Avakyan yenidən aksiyanın keçirildiyi əraziyə qayıdıb. Onunla bərabər aclıq elan edən digər dörd tələbənin də səhhətində ciddi problemlər var. Gənclərə dəstək olan digər tələbələrdə Universitetdə dərsləri baykot edirlər. Etirazçılar bütün təzyiqlərə rəğmən əsgər getməyəcəklərini deyirlər. Onlar birmənalı şəkildə orduda xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasının əleyhinədirlər. Tələblərinə əhəmiyyət verilmədiyini görən tələbələr 1 həftə əvvəl aksiyaları bərpa etməyə qərar veriblər. Gənclər əsgər getməklə həyatlarını təhlükəyə atmaq istəmədiklərini bildirirlər. Etirazçılara rəhbərlik edən David Petrosyanın sözlərinə görə bu gün Ermənistanda elə bir hərbi hissə yoxdur ki, orada özbaşınalıq hökm sürməsin. Hər ay orduda ölüm və intihar halları qeydə alınır. Əsgərlərin psixoloji durumu da artıq yerində deyil. Maddi-texniki təminat isə bərbad vəziyyətdədir.  Ona görə də  Ermənistanda gənclər hərbi xidmətdən  israrla boyun qaçırılar.