Mədəniyyət

Səudiyyə Ərəbistanında “Əli və Nino” filminin təqdimatı keçirilib

25-12-2017 | 10:17        

  

Səudiyyə Ərəbistanı Krallığının (SƏK) paytaxtı Ər-Riyadda keçirilən “Səfirin seçimi” adlı kinofestival çərçivəsində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən geniş auditoriyaya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə çəkilmiş "Əli və Nino" filmi nümayiş olunub.

Mərasimdə bu ölkədə fəaliyyət göstərən səfirlər, diplomatik korpusun və şəhər ictimaiyyətin nümayəndələri, iş adamları və SƏK-də yaşayan həmvətənlərimiz iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir Rasim Rzayev soydaşlarımızı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib, ümummilli lider Heydər Əliyevin tarixi qərarı ilə həyata vəsiqə qazanan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən söhbət açıb. Ulu Öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artdığını vurğulayan səfir xaricdə yaşayan həmyerlilərimizin problemlərinin həlli istiqamətində aparılan məqsədyönlü siyasətin nəticələri barədə də geniş məlumat verib. R.Rzayev Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin müsəlman aləmində yüksək qiymətləndirildiyini qeyd edib.

Sonra diplomat Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə çəkilmiş filmin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsindən və gələn il 100 illiyini qeyd edəcəyimiz müsəlman Şərqində ilk demokratik dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından bəhs etdiyini vurğulayıb.

Rasim Rzayev Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasındakı diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümündə SƏK-də “Əli və Nino” filminin təqdimatının keçirilməsinin sevindirici hal olduğunu, ötən illər ərzində ölkələrimiz arasında münasibətlərin daim inkişaf etdiyini və möhkəmləndiyini qeyd edib.

Filmin nümayişindən sonra qonaqlara ziyafət verilib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (24.09.2018) :
Aydın Gecə : +18+20 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR