Bölgələr

“Gəncə-MDB Mədəniyyət Paytaxtı - 2017” layihəsinin bağlanış mərasimi olub

22-12-2017 | 16:23        

  

Bu il gəncəlilər üçün əlamətdar oldu.  Həyata keçirilən uğurlu layihələr, sürətlə gedən inkişaf nəticəsində Gəncə MDB-nin mədəni paytaxtı seçildi. Xatırladaq ki, 2016-cı ildə Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının 25-ci sammitində bu barədə qərar verildi . Bir il ərzində yaşananlardan, yadda qalanlardan “Gəncə- Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı 2017” layihəsinin bağlanış mərasimində geniş danışıldı.

Gəncədə tarixə həssas münasibət, tolerant mühit, maddi-mənəvi irsin qorunması və bərpası, son illərdə xüsusi vüsət alan önəmli sosial layihələr, genişmiqyaslı quruculuq işləri dövlətin yaratdığı geniş imkanlardan qaynaqlanır. Odur ki, harmonik inkişaf edən və müasir olduğu qədər, qədim çalarlarını da qoruyub saxlayan  Nizami yurdu məhz bu  üstünlüklərinə görə “MDB-nin mədəniyyət paytaxtı” seçilib. "Gəncə - Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı - 2017" layihəsinin bağlanış mərasimində məhz bu barəda danışıldı. Bir il ərazində reallaşan tədbirləri, baş tutan görüşləri əks etdirən videoçarx maraqla izlənildi. Gəncə şəhər icra hakimiyyətinin başçısı  Elmar Vəliyev vurğuladı ki, doğma şəhərlərinin MDB-nin mədəniyyət paytaxtı olması bütün gəncəlilər üçün böyük qürur mənbəyidir. 

Elə bu il ərzində keçirilən yerli və beynəlxalq tədbirlər də onu deməyə əsas verir ki, Nizami diyarı Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı titulunu şərəflə daşıyıb.

"Gəncə-Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı-2017" layihəsinin yüksək səviyyədə təşkilatçılığına görə şəhər İcra Hakimiyyətinə "Təşəkkürnamə" təqdim olundu. Belarus, Tacikistan, Özbəkistan və Azərbaycadan olan bir qrup iştirakşı da “Debütlər Birliyi” Beynəlxalq mükafatına layiq görüldülər. Sonda səhnə tanınmış incəsənət ustalarının ixtiyarına verildi. Maraqlı anlarla yadda qalan konsertə Gəncə Dövlət Filarmoniyasının “Kamera” Orkestrı, xalq artisti Samir Cəfərov, həmçinin Belarus, Qırğızıstan, Moldova və Tacikistanlı sənətçilərin ifaları xüsusi rövnəq verdi.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.12.2018) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR