Cəmiyyət

Beynəlxalq konfransın bir qrup iştirakçısı Heydər Məscidində vəhdət halında Cümə namazı qılıb

22-12-2017 | 16:15        

  

“2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın bir qrup iştirakçısı Heydər Məscidində vəhdət halında Cümə namazı qılıb, dualar oxuyublar.

Məzhəblərarası vəhdətin simvoluna çevrilmiş Heydər Məscidi növbəti dəfə əlamətdar hadisəyə şahidlik etdi: İslam aləminin ali dini liderləri ibadətgahda vəhdət halında Cümə namazı qıldılar.

Namazdan əvvəl Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin dini işlər üzrə müşaviri Əli Əbdürrəhman Əl-Haşim möminlərə müraciət etdi. Bildirdi ki, məzhəbindən, təriqətindən asılı olmayaraq, müsəlmanların vəhdət halında namaz qılması həmrəyliyin simvoludur. Cümə xütbəsi isə Türkiyə Diyanət İşlərinin Başqanı Əli Erbaş tərəfindən oxundu. Əli Erbaş dünyadakı dözümsüzlüyün aradan qaldırılmasının birləşdirici yol tutmaqla mümkünlüyünü ifadə etdi.

Heydər Məscidində vəhdət halında namaz qılmaq təşəbbüsü 2015-ci ildən - Ulu Öndərin vəfatının ildönümündən başlayıb və böyük dəstək qazanaraq davamlı icra edilir.