Cəmiyyət

İSESKO-nun baş direktoru Bakı Dövlət Universitetində olub

22-12-2017 | 15:20        

  

İSESKO-nun əsas məqsədi İslam ölkələri arasında həmrəyliyi möhkəmləndirmək, qarşılıqlı əlaqələri daha da yaxşılaşdırmaq, eləcə də İslam ölkələrinin əldə etdiyi uğurları, zəngin mədəniyyəti, elmi və incəsənəti dünyaya təqdim etməkdir. Bunu İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri BDU-da keçirilən görüş zamanı dedi. O, BDU kimi qocaman ali təhsil ocağında olmasından məmunluğunu ifadə etdi. Son illər Bakı Dövlət Universitetinin beynəlxalq nüfuzunun daha da artmasını yüksək qiymətləndirdi. Universitetin rektoru Abel Məhərrəmov isə bildirdi ki, Azərbaycan 1991-ci ildən İSESKO-nun üzvüdür. Ölkə başçısının sərəncamı əsasında İslam, Təhsil, Elm və Mədəniyyət təşkilatı üzrə Azərbaycan Milli Komissiyası yaradılıb. Rektor Azərbaycanın vitse prezidenti Mehriban Əliyevanın 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görüldüyünü təqdirəlayiq hal kimi dəyərləndirdi. O da qeyd olundu ki, ISESCO-nun baş direktoru dünyanın tanınmış siyasətçilərindən biridir,  o, təhsilin, elmin və mədəniyyətin inkişafına layiqli töhfələr verib. Beynəlxalq arenalarda daima Azərbaycanı haqlı mövqeyini dəstəkləyib, həmçinin Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə ədalətli çıxışlar edib.