Siyasət

Prezident İlham Əliyevin “İnkişaf – məqsədimizdir” çoxcildliyinin 48-ci cildi çapdan çıxıb

22-12-2017 | 13:49        

  

“İlham Əliyev: “İnkişaf-məqsədimizdir” çoxcildli kitabının 48-ci cildi çapdan çıxıb. Bu cilddə dövlət başçısının 2011-ci ilin sentyabr ayından noyabr ayınadək olan dövrdəki çıxış və nitqləri, bəyanat və müsahibələri, məktub və məruzələri, müraciətləri dərc olunub. Yeni nəşrdə Prezident İlham Əliyevin Türkiyə və Qazaxıstana səfəri, həmçinin Fransa, Avstriya, Macarıstan və Bolqarıstan prezidentlərinin Az-na səfərləri zamanı bu ölkələrin dövlət və hökumət rəhbərləri ilə çoxşaxəli əlaqələrin inkişafına inkişafına dair danışıqlarından, enerji və qeyri-neft sektoruna aid bağlanan müqavilələrdən, sazişlərdən, beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsindən bəhs olunur. Kitabda dövlət baçısının Azərbaycanın uğurla aparılan daxili və xarici siyasətinə, iqtisadi potensialının möhkəmlənməsinə, ordu quruculuğuna, regionların sosial-iqtisadi inkişaf proqramınının həyata keçirilməsinə, cəmiyyətimizin demokratikləşdirilməsi istiqamətində önəmli nailiyyətlərinə və ictimai-siyasi həyatın digər sahələrinə dair nitqləri, çıxışları, tövsiyələri öz əksini tapıb.

Prezident İlham Əliyevin bütün görüş və danışıqlarının qayəsini Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ problemi və bu problemin həlli yolları təşkil edir. 48-ci cilddə, həmçinin ölkə rəhbərinin Az-na gəlmiş bir sıra beynəlxalq təşkilatların nümayəndələri, mədəniyyət və din xadimləri ilə görüşləri, kütləvi informasiya vasitələrinə və xarici telekanallara verdiyi müsahibələr də yer alıb. Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib. Nəşrin buraxılışına məsul Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.