Siyasət

Gürcüstanın maliyyə naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

22-12-2017 | 13:36        

  

Ölkəmizdə səfərdə olan Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad edilib.

Daha sonra qonaq Şəhidlər Xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.

Gürcüstanın maliyyə naziri ölkələrimiz arasında uğurlu əməkdaşlıq əlaqələrindən danışıb: "Azərbaycanla Gürcüstan strateji tərəftaşdır. Eyni zamanda Azərbaycan respublikamız üçün əsas sərmayədarlardan biridir. Ticari-iqtisadi münasibətlərimizdə yaxşı perspektivlər mövcuddur. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi bu imkanları daha da artırıb. Dəmir yolu layihəsi Azərbaycan və Gürcüstan üçün çox əhəmiyyətlidir. Gələcəkdə dəhlizə təlabatın daha da artacağını nəzərə alaraq infrastrukturun ötürmə qabiliyyətini genişləndirməliyik. Bu istiqamətdə işlər aparılır".

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR