Cəmiyyət

“İlham Əliyev və Müasir Azərbaycan - gənclərin gözü ilə”kitabı işıq üzü görüb

22-12-2017 | 13:28        

  

Beynəlxalq Muğam Mərkəzində Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Televiziya və Radio verlişləri Qapalı Səhmdar Cəmiyyəti və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azəbaycanlılarının Həmrəyliyi günü və yeni ilə həsr olunmuş ədəbi-musiqili tədbir tədbir keçirilib.

Tədbirdən əvvəl Səbail gənclərinin ötən il dekabrın 24-də təşkil etdikləri “İlham Əliyev və Müasir Azərbaycan - gənclərin gözü ilə”mövzusunda dəyirmi masanın yekunlarına dair çap olunmuş eyni adlı kitabın təqdimatı oldu. Səbail Rayon İcra Hakimiyətinin başçısı Eldar Əzizov bildirdi ki, Prezident İlham Əliyev dünya siyasətçiləri arasında öz siyasəti və gördüyü işlərlə xüsusi olaraq seçilən dövlət rəhbəridir. Vurğulandı ki. dövlət başçısı Azərbaycanda misli görünməmiş inkişaf və tərəqqi siyasətini həyata keçirən şəxsiyyət kimi tarixə düşüb. Bu gün Prezident İlham Əliyevin siyasi xətti hazırki mürəkkəb dövrdə yeganə və alternativsiz siyasətdir və Azərbaycanımızın gələcək inkişafına təminat verir. Bildirildi ki, belə nəşrlərin işıq üzü görməsi prezident İlham Əliyevin siyasətini öyrənib təbliğ etmək baxımından vacibdir.

Bildirildi ki, 31 Dekabr tarixi Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayramın əsasını ulu öndər Heydər Əliyev qoyub. Sonra tədbir bədii hissə ilə davam etdi. Tədbirdə Səbail rayon ictimaiyyətinin nümayəndələri adından ölkə başçısına doğum günü münasibəti ilə təbriklər ünvanlandı, Azərbaycanımızın gələcək tərəqqisi və inkişafı naminə göstərdiyi fəaliyyətində uğurlar arzulandı. Konsertdə Azərbaycanın tanınmış incəsənət xadimləri çıxış etdilər. Müğənnilərin ifasında səslənən musiqi parçaları, mahnılar iştirakçılara xoş anlar yaşatdı.