Cəmiyyət

Azərbaycan Banklar Assosiasiyası quruma üzv təşkilatları və tərəfdaşları mükafatlandırıb

22-12-2017 | 12:41        

  

Azərbaycan Banklar Assosiasiyası quruma üzv təşkilatları və tərəfdaşlarını bu  ilin nəticələrinə görə mükafatlandırıb. Mükafatlandırılanlar sırasında Azərbaycan Televiziya  və Radio Verilişləri  QSC də var.

Mərasimdə çıxış edən ABA-nın prezidenti Zakir Nuriyev 2017-ci ildə bank sektorunun fəaliyyəti barədə məlumat verdi, tərəfdaş qurumlara fəal əməkdaşlığa görə təşəkkürünü bildirdi. O, 2017-ci ili Azərbaycan bank sektoru üçün kifayət qədər çətin, lakin, eyni zamanda, baş vermiş proseslərdən sonra irəliyə doğru ilk addımların atıldığı il kimi səciyyələndirdi. Bildirdi ki, ötən müddət ərzində bank sektorunda bir çox irəliləyişlər baş verib. Bu irəliləyişlər sırasında əsasən bank sektorunun kapitalının artmasını və işçi sayının yenidən bərpasını qeyd etmək olar. Azərbaycan Banklar Assosiasiyasının prezidenti çari ildə bank sektoru və onun üzvlərinin fəaliyyətinin əlaqələndirilməsi, əməkdaşlığın daha da yaxşılaşdırılması istiqamətində Assosiasiya tərəfindən bir sıra işlərin göründüyünü diqqətə çatdırdı. Azərbaycan Banklar Assosiasiyası icraçı direktoru Yunis Abdulov quruma üzv təşkilatlara və tərəfdaşlara yüksək əməkdaşlığa görə təçəkkürünü bildirdi. Fərqlənən təşkilatlar müxtəlif nominasiyalar üzrə mükafatlandırıldı. Mükafatlandırılanlar sırasında Azərbaycan Televiziya  və Radio Verilişləri  QSC də var.