Xarici xəbərlər

İş adamı Levon Markos: “Ermənistanı quldur dəstəsi idarə edir”

22-12-2017 | 11:31        

  

Bütün sahələdə dərin böhranın hökm sürdüyü Ermənistanı quldur dəstəsi idarə edir. Bunu iş adamı Levon Markos deyir. Ermənistan hakimiyyəti tərəfindən aldadılan biznemen xaricdə yaşayan erməniləri Sarkisyanın hiylələrinə uymamaq üçün ayıq-sayıq olmağa çağırır.

İş adamı Levon Markos Serj Sarkisyana açıq məktub ünvanlayıb. Məktubda Ermənistan hakimiyyətinin onun əmlakını əlindən almasından bəhs edilir. O, Ermənistan iqtisadiyyatına təxminən 300 milyon dollar sərmayə yatırıb. Bu vəsait mənimsənilib, iş adamı isə beynəlxalq axtarışa verilib. Levon Markos qeyd edir ki, vaxtilə Serj Sarkisyana inanıb və Ermənistan iqtisadiyyatına böyük məbləğdə vəsait qoymaq qərarına gəlib. Bu məqsədlə o, xaricdəki bəzi perspektivli və rəqabət qabiliyyətli layihələrini dayandırıb.  Sitat: “Sizin vədlərinizə inanaraq, bir neçə müflisləşmiş müəssisəni aldım. Bu Ermənistanın iqtisadi inkişafına ciddi impuls verə bilərdi. Lakin sonradan iş getmədi. Heç bir konkretlik yox idi - yalnız sabun köpüyü və boş sözlər” - sitatın sonu. İş adamı qeyd edir ki,   Ermənistan iqtisadiyyatına vəsat yatırmaqla  böyük məbləğdə zərərə uğrayıb.  Markosun sözlərinə görə bu gün ona müraciət edən bir çox həmvətənləri də  ürək ağrısı ilə Ermənistanda törədilən qanunsuzluqlardan və özbaşınalıqdan danışırlar. Sarkisyanın qurduğu korrupsion-quldur sistem isə öz qara işlrini davam etirməkdədir. Son illərdə bu komanda 34 iri erməni iş adamını talayıb. Ona görə də kimsənin bu quldur dəstəsinə inamı qalmayıb.