İqtisadiyyat

Sercio Divina: “İqtisadi potensialı və təşkilatşılıq təcrübəsi ilə Azərbaycan Ekspo 2025 üçün ən real namizədlərdən biridir”

22-12-2017 | 11:28        

  

İqtisadi potensialı və təşkilatşılıq  təcrübəsi ilə Azərbaycan Ekspo 2025 üçün ən real namizədlərdən biridir. Bu fikri İtaliya Azərbaycan Parlamentlərarası Assosasiyasının sədri Sercio Divina Romada, təşkilatın bu ilin yekunlarına həsr olunan toplantısında səsləndirib.

İtaliya, qədim tarixə, zəngin mədəniyyətə və multikultural ənənələrə malik Azərbaycanla tərəfdaşlıqdan məmnundur və əlaqələrin yeni sahələri əhatə etməsində maraqlıdır. İtaliya parlamentində fəaliyyət göstərən İtaliya Azərbaycan Parlamentlərarası Assosasiyasının sədri Sercio Divina  bildirdi ki, Assosasiya iki ölkə arasında dostluğun gücləndirilməsi və Azərbaycan həqiqətlərinin İtaliya ictimaiyyətinə çatdırılması üçün səylərini artırmaq niyyətindədir. İtaliyalı senator qeyd etdi ki, xüsusilə Dağlıq Qarabağ və ətraf ərazilərin işğalı ilə bağlı ciddi təbliğat işlərinə ehtiyac var. Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan ərazilərinin 20 faizi Ermənilərin işğalı altındadır. Ermənistan BMT-nin müvafiq qətnamələrinə və digər beynəlxalq sənədlərə baxmayaraq işğalçılıq siyasətini davam etdirir. “Ekspo-2025” üçün Bakının namizədliyinin irəli sürüldüyünü də bildirən senator Sercio Divina Azərbaycanın iqtisadi nailiyyətlərindən söhbət açdı. Senator, ilk Avropa oyunları, İslam Həmrəylik oyunları, formula 1 yarışlarının timsalında Azərbaycanın öz yüksək təçkilatçılıq təcrübəsini artıq təsdiq etdiyini dedi. Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə isə diqqətə çatdırdı ki, bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25-ci illiyi qeyd olunur. 2017-ci il ərzində ikitərəfli əməkdaşlığın inkişafında dinamika müşahidə olunub, çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib. Bildirildi ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı, Azərbaycan isə İtaliyanın əsas enerji təchizatçılarından biridir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.12.2018) :
Yağış Gecə : +3+5 | Gündüz: +5+7
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR