İqtisadiyyat

Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmində artım müşahidə olunub

22-12-2017 | 10:09        

  

Bu il dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmində artım qeydə alınıb. Belə ki, bu ilin yanvar-noyabr aylarında dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 7466,1 min ton təşkil edib, Bu da  ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,6 faiz çoxdur. Yüklərin 48,6 faizini neft daşınmaları təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, dəniz limanlarında 9591,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Yüklərin 94,8 faizini tranzit mallar təşkil edib. Sözügedən dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı isə 16 min nəfərə yaxın olub.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.07.2018) :
Aydın Gecə : +26+28 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0255 | Satış: 0.0271

Avro:
Alış: 1.9825 | Satış: 2.0424
AzTV TƏQDİM EDİR