Siyasət

Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qiymətləndirilir

22-12-2017 | 09:50        

  

“Avropa Qonşuluq Siyasəti  çərçivəsində Avropa İttifaqı – Azərbaycan münasibətlərinə dair hesabat” üzrə Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyasının Birgə İşçi Sənədi dərc olunub. Sənədlə bağlı Avropa Komissiyasının verdiyi açıqlamada qurumla ölkəmizin münasibətlərinin inkişafı istiqamətindəki müsbət məqamlar, habelə Avropa İttifaqının  yüksək vəzifəli rəsmilərinin açıqlamaları öz əksini tapıb.

“Avropa Qonşuluq Siyasəti  çərçivəsində Avropa İttifaqı – Azərbaycan münasibətlərinə dair hesabat” üzrə Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyasının Birgə İşçi Sənədində Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qiymətləndirilir və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin qurum tərəfindən dəstəkləndiyi bildirilir. İkitərəfli münasibətlərin inkişaf dinamikası haqqında məlumat verən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini isə bildirib ki, reallığa söykənən Aİ-Azərbaycan tərəfdaşlığının gücünü və dərinliyini əks etdirəcək, habelə gələcək münasibətlərin inkişafı üçün zəmin yaradacaq yeni saziş üzrə danışıqlarda yaxşı irəliləyiş əldə edilib. Avropa İttifaqının Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han isə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Aİ-nin Azərbaycanın səylərini dəstəkləməyə hazır olduğunu bildirib.

“Xəbərlər”, Azərbaycan Televiziyası

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.10.2018) :
Aydın Gecə : +15+17 | Gündüz: +22+24
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR