Bölgələr

Qarasu-Padar mənzilində 9,2 km yolun əsaslı təmirinə başlanılıb

22-12-2017 | 09:32        

  

Dəmir yol infrastrukturunun yenidən qurulması davam edir. Hazırda uzunluğu 600 km olan Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində Qarasu-Padar mənzilində 9,2 km yolun əsaslı təmirinə başlanılıb. Dəmir yol xətlərinin yenidən qurulması şübhəsiz ki, ölkədə iqtisadiyyatın davamlı inkişafına  öz müsbət töhfəsini verəcək.

Ölkəmizin dəmir yol infrastruturu ən müasir dünya standartları səviyyəsindəyenidən qurulur. Bu işlər Bakıdan başlayaraq Gürcüstan sərhədinə qədər olan dəmir yolu şəbəkəsini əhatə edir. İstismar müddətini başa vuran dəmir yolu xətləri müasir tələblər səviyyəsində yenidən qurulur, ətrafı abadlaşdılır. Bakı-Tbilisi-Qars dəmir yolunun bu ərazidən keçməsi, eyni zamanda yaxın aylarda Bakı-Gəncə sürət qatarının işə düşməsinə hazırlıq görülməsi əsaslı təmir və abadlıq işlərini aktuallaşdırıb. Hazırda dəmir yolunun Qarasu ilə Padar arasındakı 9,2 km-lik hissə əsaslı təmir olunub.Eyni zamanda qatarların hərəkəti istiqamətində sürəti və təhlükəsizliyi təmin etmək məqsədi ilə baş yolların üzərindəki yol dəyişənlər də  əsaslı təmir olunur.

Texnikaların köməyi ilə köhnə xətlər tamamilə sökülür, yolların yatağı qazılır və yeni xətlər çəkilir. Dəmir yolların yenidən qurulması qatarların daha sürətli və təhlükəsiz hərəkətinə şərait yaradacaq. Bununla da həm yüklər və həm də sərnişinlər tez və rahat mənzil başına çatmasına real şərait yaranacaq. Eyni zamanda ölkəmizin ərazsindən yükdaşımaların həcmi də artacaq. Gələn ilin yayında istifadəyə verilməsi nəzərdə tutulan bu hissə üçün relslər müasir texnologiyaya uyğun olmaqla ölkəmizdə istehsal edilir. Tikinti işlərinə podratçı “MORAVİA STEEL” şirkətinin mütəxəssisləri nəzayət edirlər. “Azərbaycanda dəmir yollarının yenidən qurulması Layihəsi"nin 2-ci mərhələsinin icrası məqsədilə "Azərbaycan Dəmir Yolları" QSC ilə Çexiyanın bu şirkəti arasında Bakı-Böyük Kəsik sahəsində 600 km hissəsinin maddi-texniki təchizatı və əsaslı təmiri barədə müqavilə imzalanıb. Bakı-Böyük Kəsik sahəsində bütün tikinti işləri başa çatandan sonra qatarların orta sürəti 140 km/saata çatdırılacaq.

“Xəbərlər”, Azərbaycan Televiziyası