Bölgələr

Astarada limon yığımına başlanılıb

22-12-2017 | 09:28        

  

Astarada limon yığımı davam edir. Bu rayondakı 3 min hektara yaxın sitrus və  subtropik meyvə bağlarının min hektarı limondur.
İndiyədək 58 min ton sitrus meyvələri yığılıb. Limon bağlarının da məhsulu boldur.

Bu qulluğn sirlərindən  isə Astaranın Gijəbə qəsəbəsinin sakinləri yaxşı xəbərdardırlar. Axı onların uzun illərdir ki, çörəkləri elə  sitrusçuluqdan çıxır. Özü də daha çox limon, feyxoa, kinkan, kivi, portağal və naringi yetişdirən təsərrüfat sahibləri bol məhsul əldə edirlər. Hazırda qəsəbədə əksər sitrus meyvələrinin yığımı başa çatsa da, limon tədarükü hələ də davam edir. Müsahibimiz Mirzəağa Hidayətovun da həyətyanı sahəsində 50-yə yaxın limon ağacı var. Deyir, ailəlikcə əl-ələ verib, bu ağaclara sanki körpə uşaq kimi, lazımi qulluğu göstərmiş, böyütmüşük. Nəticə də bizi sevindirib. Artıq yığıma başlayan fermer bu il limonun ötən ilkindən çox olduğunu deyir.

Fermer öz məhsuldarlıq reseptini hamı ilə bölüşməyə hazırdır. Belə ki, ağacları yayda su ilə təmin etmək, qışda isə soyuq və şaxtadan qorumaq əsas şərtdir. Onlara düzgün əməl edildiyində, hər ağacdan 500-ə yaxın limon götürmək mümkündür. Üstəlik cənub zonasının adı dillərdə, dadı damaqlarda məşhur olan limonunun keyfiyyətinə də söz olmur.

Ləziz Astara limonu yalnız yerli bazarlarımızda deyil, xaricdə də kifayət qədər tanınır. Bu yüksək tələbatın ödənməsinə gəldikdə isə...

Ümumilikdə Astarada 3,000-hektara yaxın sitrus və  subtropik meyvə bağları var. Onun da 1,000-hektarı limondur. İndiyədək rayon üzrə 58 min tondan artıq  meyvə yığılaraq tədarük olunub.

“Xəbərlər”, Azərbaycan Televiziyası