Bölgələr

Goranboy və Samuxda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə yeni fərdi yaşayış evlərinin açarları təqdim edildi

22-12-2017 | 09:26        

  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Goranboy və Samux rayonlarında, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə yeni fərdi yaşayış evləri  təqdim edilib. Goranboy rayonunda 5, Samux rayonunda isə 3 nəfərə yeni evdən pay düşüb.

Natiq Qasımov, bu gün Goranboy rayonunda fərdi yaşayış evi ilə təmin edilən 5 Qarabağ əlilindən biridir. Prezident İlham Əliyevin tapşırığına əsasən, sosial cəhətdən belə həssas əhali qruplarına daim böyük  diqqət və qayğı göstərilir. Bu yönümdə icra olunan uğurlu sosial proqramlardan biri də ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda döyüşlərdə sağlamlıqlarını itirən vətəndaşların və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına yönəlib. Bu gün Samux rayonunda da  eyni kateqoriyadan olan  3 nəfər yeni evlərinin sevincini yaşayır.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin maddi təminatlarının gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində onlar Prezidentin aylıq təqaüdü, pensiya və sosial müavinətlərlə təmin olunur, sosial ödənişləri mütəmadi olaraq artırılır. Son iki ildə Goranboy və Samux rayonlarında belə kateqoriyadan olan şəxslər üçün 25-dək fərdi yaşayış evi inşa olunub.

Ümumilikdə isə yalnız 2014-2016-cı illərdə 743 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi fərdi evlərlə təmin ediılib. Hazırda respublikanın bütün  bölgələrində bu kateqoriyadan olan şəxslər üçün yaşayış evlərinin tikintisi və hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi  prosesi uğurla davam etdirilir.

"Xəbərlər", Azərbaycan Televiziyası

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (11.12.2018) :
Buludlu Gecə : +7+9 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR