Bölgələr

Qadınlardan ibarət nümayəndə heyəti Cocuq Mərcanlıda olublar

22-12-2017 | 09:20        

  

İşğaldan azad olunan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi hazırda hər kəsin can atdığı, maraq göstəridyi, töhfəsini verməyə çalışdığı yerdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Təmiz ürək” İctimai Birliyi də Cocuq Mərcanlıya səfər ediblər.

İşğaldan azad olunan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi hər kəsin qürur duyduğu məkana çevirilib. Cocuq Mərcanlılar nəhayət uzun müddətdən sonra ilk dəfə yeni ili öz doğma el obalarında qarşılayacaqlar. Cocuq Mərcanlıya səfər edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Təmiz ürək” İctimai Birliyinin qadınlardan ibarət  nümayəndə heyəti ilk olaraq Horadiz şəhərində Aprel şəhidlərinin xatirəsinə ucaldılan abidə kompleksini ziyarət etdilər. Daha sonra Cocuq Mərcanlıya gələn qonaqlar qəsəbədə yaşayan zərif cinsin nümayəndələri ilə görüşdülər. Keçirilən tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, ölkəmizin bütün ərazilərində olduğu kimi Cocuq Mərcanlıda da bir sıra sosial yönümlü layihələr həyata keçirilir. Cəbrayıl rayon icra hakimiyətinin başçısı Kamal Həsənov burda yaradılan şəraitdən danışdı. Dedi ki, prezident İlham Əliyevin sərəncamı ilən qəsəbədə yüksək keyfiyyətli evlər tikilib, onların sosial problemlərinin həlli üçün isə bir sıra layihə reallaşdırılır. Görüşdə sakinləri maraqlandıran suallar da cavablandırıldı. Qadınlardan ibarət nümayəndə heyəti   qəsəbədəki, tam orta məktəbdə təşkil olunan Yeni il şənliyində iştirak etdilər. Daha sonra qonaqlar Cocuq Mərcanlı Məscidini də ziyarət etdilər.