Cəmiyyət

“Prezident İlham Əliyev və Azərbaycan tarix elmi” mövzusunda elmi konfrans keçirilib

21-12-2017 | 14:34        

  

Son illər Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən 400-dək elmi tədqiqat əsəri işıq üzü görüb. Bu barədə  Prezident Yanında Dövlət  İdarəçilik Akademiyasının nəzdində fəaliyyət göstərən Heydər Əliyev Dövlət İdarəçilik məktəbində keçirilən elmi konfransda bildirilib.

”Prezident İlham Əliyev və Azərbaycan tarix elmi” mövzusunda konfransda Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov dedi ki, Tarix İnstitutu tərəfindən cap olunan tədqiqat əsərləri Azərbaycanın dövlətçilik siyasətinin daha da möhkəmləndirilməsi baxımından   əhəmiyyətlidir. Həmin kitabların bir qismi  Dövlət İdarəçilik Akademiyasının nəzdində olan  Qarabağ Araşdırmalar Mərkəzinin kitabxanasına hədiyyə edilib.

Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov isə bildirdi ki, İnstitutun elmi tədqiqat fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Tarix İnstitutunda aparılan tədqiqatlar prezident İlham Əliyevin  təşəbbüsü və tapşırıqları əsasında həyata keçirilir.

Yaqub Mahmudov – AMEA-nın Tarix İnstitutunun direktoru:

- Azərbaycan respublikası prezidenti sayəsində biz tarix elmini müstəqil inkişaf yoluna çıxara bilmişik. (03-21)  tarix elmini yeni dirçəliş xəttinə salmışıq. keçmişdə saxtalaşdırılmış məsələlərə yenidən baxmışıq. Soyqırım problemləri araşdırlıb,  İrəvan xanlığının tarixi araşdırılaraq  ermənilərə dünya miqyasına sübut etmişik ki,  Sizin Ermənistan dediyiniz dövlət Azərbaycan torpaqlarıdı.

Konfrans çərçivəsində tarix İnstitutunda çap olunan elmi əsərlərin təqdimatı oldu, 1000-ə yaxın kitabın sərgisi təşkil edildi.