İqtisadiyyat

Saltuk Düzyol: “TANAP-la Türkiyəyə ilk təbii qaz gələn il iyulun 1-də veriləcək”

21-12-2017 | 13:58        

  

Azərbaycan təbii qazının Türkiyəyə və ordan da Avropaya nəql edəcək Trans-Anadolu qaz boru kəmərinə sınaq məqsədilə ilk qaz yanvar ayından vurulacaq. TANAP-ın baş direktoru Saltuk Düzyol deyib ki, 2018-ci ilin ortalarında Türkiyəyə ilk təbii qazın verilməsi üçün görüləcək işlər çərçivəsində yanvar ayı ərzində genişləndirilən Cənubi Qafqaz Boru Kəmərindən TANAP-a sınaq və istismara hazırlıq məqsədilə ilk qaz veriləcək. Proses iyunun sonuna kimi davam edəcək. Türkiyəyə kommersiya məqsədilə ilk təbii qaz isə 2018-ci il iyulun 1-də veriləcək. Xatırladaq ki, TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir, sonradan isə bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulub.