Siyasət

Paraqvay Milli Konqresinin Deputatlar Palatası Xocalıda törədilmiş soyqırımı pisləyən bəyanat qəbul edib

21-12-2017 | 13:54        

  

Xocalı soyqırımını daha bir ölkə tanıdı. Bu dəfə Paraqvay Milli Konqresinin Deputatlar Palatası 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ regionunun Xocalı şəhərində törədilmiş soyqırımı pisləyən bəyanat qəbul edib. 

 

Xocalıda törədilən qətliam Ermənistan və Azərbaycan arasındakı münaqişənin hərbi fazasının 3 ili ərzində mülki əhalinin məruz qaldığı ən böyük hücum olub. Nəticədə etnik xarakterli səbəblərə görə 63 uşaq, 106 qadın və 70 yaşlı insan olmaqla, 613 azərbaycanlı qətlə yetirilib, 1275 sakin əsir düşüb, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil.

 

Paraqvay Milli Konqresinin Deputatlar Palatasının Xocalıda törədilmiş soyqırımı pisləyən bəyanatında qeyd olunur ki, bundan əlavə 76-sı uşaq olmaqla, 487 nəfər Xocalı sakini şikəst edilib, 26 uşaq hər iki valideynini və 130 uşaq isə valideynlərindən birini itirib. Bu faktlar Azərbaycanın müxtəlif qurumları və müstəqil mənbələr tərəfindən tam sənədləşdirilib. Bəyanatda bir sıra dövlətlərin Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş bu soyqırımı və insanlıq əleyhinə cinayəti pislədiyi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən silahlı işğalının qınanıldığı, həmçinin Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə etdikləri vurğulanıb. Sənəddə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamənin təcavüzün dayandırılmasını, diqqətin qurbanlara yönəldilməsini və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində yaranmış münaqişənin həlli yolu kimi dialoqu təşviq etdiyi bildirilir. Deputatlar Palatası qeyd olunanları və beynəlxalq humanitar hüququn əsas prinsip və normalarına hörmət edilmədiyini əsas tutaraq Xocalıda törədilmiş soyqırımı pislədiyini bəyan edib. Bu məsələdə Azərbaycan xalqına həmrəylik ifadə olunub. 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR